AZ   |   RU
“Ukraynanın Rusiya ərazisindəki hədəfləri məhv edə biləcək silahları var”- Danilov
 
Ukraynanın Rusiya Federasiyası ərazisindəki hədəfləri məhv edə bilən öz istehsalı olan silahları var.

Missiya.Az
xəbər verir ki, bunu Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov CNN telekanalına müsahibəsində deyib.

"Rusiya ərazisinə gəlincə, heç kim bizə Ukrayna istehsalı olan silahlarla hədəfləri məhv etməyi qadağan etmir. Bizdə belə silahlar var? Bəli, var", -deyə obildirib.

Qeyd edək ki, beynəlxalq tərəfdaşlar Ukraynaya Rusiya ərazisinə Qərb silahları ilə zərbələr endirməyi qadağan ediblər. Müdafiə naziri Oleksiy Reznikov söyləyib ki, Ukrayna Rusiya Federasiyasına GLSDB raketləri ilə hücum etməyəcək .

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 7-02-2023, 15:25