AZ   |   RU
“İndiyədək 912 vətəndaşımız həyatını itirib” - Ərdoğan

“İndiyədək 912 vətəndaşımız həyatını itirib, 5385 nəfər isə yaralanıb”.

Missiya.Az
“Anadolu2 agentliyinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Zəlzələnin böyük dağıntılara səbəb olduğu vilayətlərimizdə dağılmış binaların altında qalan vətəndaşlarımızın aşkarlanması və xilas edilməsi tədbirləri aramsız olaraq davam edir. Dağıntılar altından xilas edilənlərin sayı 2470 nəfərə çatıb. Dağılmış binaların sayı isə 2818-dir”, - deyə Türkiyə lideri vurğulayıb.

Ərdoğan bildirib ki, beynəlxalq yardım üçün ölkəmizlə də əlaqələr qurulmağa başlayıb. 

Türkiyə lideri qeyd edib ki, NATO və Avropa İttifaqından başqa 45 ölkədən də yardım təklifi almışıq.

“Yardıma gedəcək şəxslər və qurumlar AFAD ilə koordinasiyalı şəkildə hərəkət etməlidir. Bundan başqa yardımlar çaşqınlıq yaradır və məqsədə çatmağı çətinləşdirir. Bu gün 85 milyon bir ürək, bir bilək olma günüdür”.
 

Daşqın Həsənov
Missiya.Az

 


  • 6-02-2023, 14:49