AZ   |   RU
“NATO-nun aparıcı dövlətləri nüvə silahından əl çəksələr, dünya daha böyük təhlükə ilə üzləşə bilər” – Stoltenberq

“Şimali Koreyadan artan nüvə təhlükəsi fonunda, Rusiya Federasiyası və Çində kütləvi qırğın silahlarının mövcudluğunu nəzərə alaraq, nüvə çəkindirmə amilinə son dərəcə mühüm vəzifə qoyulur”.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Cənubi Koreyanın paytaxtı Seuldakı Çoi Conq-hyun Təkmil Araşdırmalar İnstitutunda çıxışı zamanı NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Stoltenberq bildirib ki, dünyada nüvə silahı mövcud olduqca, NATO “nüvə alyansı” olaraq qalacaq.

"ABŞ və Fransa kimi NATO-nun aparıcı dövlətləri nüvə silahından əl çəksələr, dünya daha böyük təhlükə ilə üzləşə bilər. Nüvə silahları var olduqca, xüsusən də Rusiya Federasiyası kimi avtoritar qüvvələr onlara sahib olduqları müddətcə bunun qarşısının alınması vacibdir”, - deyə siyasətçi vurğulayıb.

Qeyd olunub ki, Cənubi Koreyaya səfəri başa çatdıqdan sonra Stoltenberq Yaponiyaya səfər edəcək.
 

Daşqın Həsənov
Missiya.Az


  • 30-01-2023, 12:23