AZ   |   RU
İsrailin baş naziri terror hücumlarına cavabdan danışdı - Sürətli, güclü və dəqiq olacaq


İsrailin baş naziri Benyamin Netanyahu Yerusəlimdəki hücumlara cavabın sürətli, güclü və dəqiq olacağını vəd edib. Hücumdan sonra təhlükəsizlik kabinetinin iclasında İsrail hökumətinin başçısı da vətəndaşları qanuna tabe olmağa çağırıb.

Missiya.Az
xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri Netanyahudan sitat gətirib.

“Cavabımız güclü, sürətli və dəqiq olacaq. Kim bizə pislik etmək istəsə, biz onun özünə zərər verərik. Həmçinin onlara kömək edənlərə”, - siyasətçi bildirib.

Eyni zamanda İsrailin Baş naziri Benyamin Netanyahu vətəndaşların silah almasını asanlaşdıracaq qərar qəbul edib.

Qərarın vətəndaşlara terror hücumları ilə bağlı olduğu bildirilir.

Zərintac Mayisqızı 
Missiya.Az 


Baxış sayı: 80
  • 29-01-2023, 11:46