AZ   |   RU
"İranın müxtəlif bölgələri hava hücumuna məruz qalır" - KİV


İranın müxtəlif bölgələrinə hava hücumu olub. 

Missiya.Az
xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanvarın 28-də yerli vaxtla saat 23:30-da İranın İsfahan şəhərində Müdafiə Nazirliyinə məxsus zavoda dron hücumu olub.

Nazirliyinin iddiasına görə, dronlardan biri hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib, digəri isə HHM-in “tələsinə” düşərək partlayıb.

Habelə, sosial şəbəkə istifadəçiləri ölkənin paytaxtı Tehran başda olmaqla Rəşt, Təbriz, İsfahan və digər şəhərlərindən hava partlayışların əks olunduğu videolar paylaşırlar.

Videogörüntülərdə hava hücumunda müdafiə sistemlərinin və atışma səsləri eşidilir. Bir sıra şəhərlərdə hava həyəcanı siqnalı verilir.

İran Müdafiə Nazirliyi İsfahanda quruma aid olan zavodda partlayışın “uğursuz dron hücumu” ilə əlaqələndirsə də, ölkənin digər şəhərlərindəki hadisələr barədə hələlik açıqlama verməyib. 

Eyni zamanda, “Al Arabiya” nəşri İsrail KİV-ə istinadən yazıb ki, İsrail İran daxilində əməliyyat keçirir. Amma ölkə rəsmiləri İranda baş verən hadisələrə münasibət bildirməyiblər.

Qeyd edək ki, hadisələr İsrailin Baş naziri Benyamin Netanyahunun Qüdsdəki terror hücumlarına dərhal cavab veriləcəyini bəyan etməsindən bir gün keçməmiş baş verir.

Zərintac Mayisqızı 
Missiya.Az 


  • 29-01-2023, 10:18