AZ   |   RU
“Rusiya Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqları təşkil etməyə hazırdır” - Zaxarova

“Rusiya Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazır olduğunu bir daha təsdiqləyir”. 

Missiya.Az
“TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Moskva Rusiya xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə Azərbaycandan və Ermənistandan olan həmkarları arasında danışıqları təşkil etməyə hazırdır. Bu barədə həm Bakıya, həm də İrəvana məlumat vermişik”, - deyə diplomat bildirib.

Zaxarova qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün yolları, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, sərhədin delimitasiyası, sülh müqaviləsinin bağlanması və vətəndaş cəmiyyəti vasitəsilə təmaslar üzrə işi mümkün qədər tez bərpa etmək lazımdır. 


Daşqın Həsənov
Missiya.Az


Baxış sayı: 88
  • 27-01-2023, 18:20