AZ   |   RU
“Türkiyə Yunanıstanı qeyd-şərtsiz dəstəkləyən qüvvələrin hərəkətlərinə məhəl qoymayacaq” – Ərdoğan
 
“Türkiyə Yunanıstanı qeyd-şərtsiz dəstəkləyən, Egey və Aralıq dənizlərində Afinanı təxribat xarakterli addımlar atmağa sövq edən qüvvələrin hərəkətlərinə məhəl qoymayacaq”.

Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki,bunu TRT World Forumunun iştirakçıları qarşısında çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan ayrı-ayrı NATO ölkələrinin mövqeyini tənqid edib.

"Ankaranın NATO müttəfiqlərindən bəziləri Yunan adalarında silah və təyyarələr yerləşdirir. Halbuki onlar F16-ların Türkiyəyə çatdırılması məsələsini hələ də həll etməyiblər", - deyə Ərdoğan bildirib.

“Ankaranın qanlı təşkilatlarla mübarizədə atdığı hər addıma qarşı çıxaraq, terrorçuları himayə və onlara yardım edən Avropa ölkələri ilə Türkiyənin ortaq gələcək qurmağı çətin olacaq”, - deyə Türkiyə lideri vurğulayıb.

“Türkiyə həmişə ədalətin tərəfində olub. Heç kimin Ankaradan terrorla mübarizədə atılacaq addımlar məsələsində aydınlıq tələb etməyə haqqı yoxdur. Ankaranın bu qədər fədakarlığına baxmayaraq, ölkəmizi terror problemi ilə baş-başa buraxanların mövqeyini heç vaxt unutmayacağıq”, - deyə Ərdoğan qeyd edib.


Daşqın Həsənov
Missiya.Az


 

  • 9-12-2022, 14:39