AZ   |   RU
“Finlandiya və İsveç NATO müttəfiqi olmağa hazırdır” - Blinken

ABŞ Administrasiyası İsveç və Finlandiyanın NATO-ya rəsmi qəbulunun tezliklə başa çatacağına əmindir.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken finlandiyalı və isveçli həmkarları ilə danışıqların yekunlarına dair birgə mətbuat konfransında məlumat verib.

“Finlandiya və İsveç NATO müttəfiqi olmağa hazırdır. Onların ordusu Kosovoda və Əfqanıstanda, İraqda və Liviyada ABŞ və NATO qoşunları ilə çiyin-çiyinə xidmət edirdi”, - deyə Blinken bildirib. 

“Mən əminəm ki, Madriddə keçiriləcək sammitdən sonra NATO Finlandiya və İsveçi rəsmi olaraq üzv kimi qəbul edəcək. Hər iki ölkə öz öhdəliklərini yerinə yetirmək üçün əhəmiyyətli konkret addımlar atıb, o cümlədən müttəfiqimiz Türkiyənin təhlükəsizlik problemləri ilə bağlı”, - deyə diplomat vurğulayıb. 

“Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olması prosesi ilə bağlı təhlükəsizlik sahəsində mühüm məsələlər qaldırıb, tərəflər onların həlli istiqamətində irəliləyir. Ankara mühüm təhlükəsizlik məsələlərini gündəmə gətirib. Bu proses narahatlıqların aradan qaldırılması üçün effektiv və səmərəli şəkildə istifadə olunur”, - deyə Blinken qeyd edib.


Daşqın Həsənov
Missiya.Az
 


Baxış sayı: 72
  • 9-12-2022, 11:01