AZ   |   RU
“Əgər onlar bunu dayandırmasa Ukrayna tamamilə məhv olacaq”, - Lukaşenko

“Ukraynadakı münaqişəyə son qoymaq üçün danışıqlara ehtiyac var. Əks halda bu, ölkənin tam məhvi üçün təhlükə yaradır”.

Missiya.Az
“BELTA”ya istinadən xəbər verir ki, bu sözləri İrəvanda KTMT-nin sammiti çərçivəsində rusiyalı jurnalistlərin suallarını cavablandırarkən Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Hər şey Ukraynanın əlindədir. Ona görə yox ki, mən bu mövzunu Zelenskiyə və ya Ukraynaya çəkmək istəyirəm. Həqiqətən də, indi hər şey Ukraynanın əlindədir”, - deyə Lukaşenko bildirib.

“Ukrayna çoxlu sayda insanların ölməsini istəmirsə, o zaman münaqişə dayandırılmalıdır. Əgər onlar bunu dayandırmasa Ukrayna tamamilə məhv olacaq. Bu, Putinin bir dəfə əməliyyatdan xeyli əvvəl dediyi kimi, Ukraynanın dövlətçiliyini itirmək təhlükəsi yaradacaq”, – deyə Belarus lideri vurğulayıb.


Daşqın Həsənov
Missiya.Az


  • 24-11-2022, 14:45