AZ   |   RU
Serbiya və Kosovo avtomobil nömrələri ilə bağlı razılığa gəliblər

Serbiya və Kosovo avtomobil nömrələri böhranı ilə bağlı davam edən gərginliyi azaltmaq və münasibətləri normallaşdırmaq üçün razılığa gəliblər. 

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, iki ölkə arasında razılaşmanı Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell sosial mediada açıqlayıb. 

Borrellin sözlərinə görə, Serbiya Kosovo şəhərlərini simvolizə edən dövlət nömrə nişanlarının verilməsini dayandıracaq, Kosovo isə avtomobillərə lisenziya verilməsini yenidən dayandıracaq.

Qeyd edək ki, Serbiya 2008-ci ildə birtərəfli qaydada müstəqilliyini elan edən Kosovonu öz ərazisi hesab edir.
 
Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 24-11-2022, 14:36