AZ   |   RU
Şimali Koreyanın Yaponiya üzərindən ballistik raket atmasına Avropa İttifaqından sərt reaksiya

Avropa İttifaqı Şimali Koreyanın Yaponiya üzərindən ballistik raketin buraxılışını pisləyir və bunu regionda təhlükəsizliyə təhdid yaratmaq cəhdi hesab edir. 

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının rəhbəri Şarl Mişel Tvitter hesabında yazıb. 
 
O, qeyd edib ki, Şimali Koreyanın Yaponiya üzərində ballistik Sakit okeana ballistik raket atmasını qətiyyətlə pisləyirlər: “Bu, əsassız təcavüz və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır"- deyə, Ş.Mişel vurğulayıb.
 
Xatırladaq ki, Şimali Koreya oktyabrın 4-də səhər saatlarında Yaponiyanın üzərindən Sakit okeana ballistik raket buraxıb. Bu raket tarixində ilk dəfə olaraq 4600 km məsafəni qət edib.

Leyla Səməndər
Missiya.Az


Baxış sayı: 139
  • 4-10-2022, 18:19