AZ   |   RU
Amerikalı senator Türkiyəyə döyüş təyyarələrinin satışı ilə bağlı qərəzli şərtlər təklif edir

Yunan lobbisinə yaxınliği ilə seçilən ABŞ senatoru Kris van Hollen Türkiyə barədə sərt bəyanat səsləndirib.

Missiya.Az
xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Senator Hollen Nümayəndələr Palatasına təqdim edilməsi gözlənilən qanun layihəsi ilə bağlı danışarkən Türkiyəyə F-16-ların satışında aşağıdakı şərtlərin yerinə yetirilməsinin vacib olduğunu bildirib: 

1. F-16-ların Yunanıstanın hava məkanında istifadə olunmayacağına zəmanət.
2. Terror təşkilatı PKK/YPG-yə qarşı F-16 döyüş təyyarələrindən istifadə etməmək.
3. ABŞ müttəfiqlərinə qarşı hərbi əməliyyatlarda F-16 döyüş təyyarələrindən istifadə edilməməsi.
4. İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləmədən Türkiyəyə  F-16 satışı ilə bağlı heç bir razılaşma əldə olunmayacaq.

Qeyd edək ki, Yunan lobbisi ilə güclü əlaqələri olan Van Hollen daha əvvəl də F-35 döyüş təyyarələrinin Türkiyəyə satışının qarşısının alınmasında fəal rol oynamışdı.


Daşqın Həsənov
Missiya.Az


Baxış sayı: 107
  • 3-10-2022, 11:22