AZ   |   RU
Ərdoğan Zelenski ilə telefonla danışıb – Türkiyə vasitəçilik missiyasını davam etdirəcək
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb. 

Missiya.Az haberglobal-a istinadən xəbər verir ki, telefon danışığında Rusiya-Ukrayna müharibəsi ilə bağlı hazırkı vəziyyət qiymətləndirilib.

Prezident Ərdoğan görüşdə Rusiya ilə Ukrayna arasında uzun müddətdir üzərində çalışdıqları əsir mübadiləsinin uğurla başa çatmasından çox məmnun olduğunu bildirib. Ərdoğan, Ukrayna taxılının Qara dənizdən ixracına dair razılaşmanın işə yaradığını, həmçinin Zaporojye Atom Elektrik Stansiyası kontekstində də oxşar yanaşmanın tətbiq oluna biləcəyini, bir nüvə enerji stansiyasının yaradılması üçün lazımi vasitəçilik və asanlaşdırma təklifinin veriləcəyini də söyləyib.  

Ukraynanın bəzi bölgələrində Rusiyanın nəzarəti altında birtərəfli referendumların keçirilməsinin diplomatik prosesin canlandırılması səylərini çətinləşdirəcəyini vurğulayan Ərdoğan, müharibənin sülh danışıqları yolu ilə həllinə hər cür töhfə verməyə hazır olduqlarını bildirib.

Leyla SƏMƏNDƏR
Missiya.AZ


  • 28-09-2022, 17:38