AZ   |   RU
Ermənilər qorxu içində - Ölkənin hər yerində sığınacaqlar hazırlanır

Erməni hərbi hissəsinin yüksək dəqiqliklə darmadağın edilməsi düşmən ölkəni qorxuya salıb. Azərbaycan Silahlı Qüvvələri erməni hərbi birləşmələrinə elə divan tutub ki, indi ölkənin hər yerində sığınacaqlar hazırlanır.

 
Missiya.Az Sputnik Ermənistan”-a istinadən xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin erməni hərbi birləşmələrinin təxribatlarının qarşısını qətiyyətlə almasından sonra  Ermənistan Fövqəladə Hallar Nazirliyi ölkədə sığınacaqlar məsələsini gündəmə gətirib. Sentyabrın 20-də Ermənistan Fövqəladə Hallar Nazirliyi respublikanın hər yerində sığınacaqlarda şəraitin yaxşılaşdırılacağına dair açıqlama yayıb.
 
İrəvandakı çoxmənzilli binaların sakinləri, ehtiyac yarandıqda harada gizlənəcəklərini bilmirlər. “Sığınacaqlar ya rahat deyil və ya tələblərə cavab vermir”.
Bu fikirləri “Sputnik Ermənistan”-a müsahibəsində Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzinin keçmiş rəhbəri, Xilasetmə Xidmətinin polkovniki Ovannes Xangəldiyan deyib.
 
Onun sözlərinə görə, metro stansiyaları, yeraltı keçidlər, məktəb və uşaq bağçalarının zirzəmiləri də sığınacaq kimi yararsızdırlar: “İkinci səviyyə əhalinin mühafizəsi üçün nəzərdə tutulmuş ayrı-ayrı bölmələrdir ki, burada problemlər çoxdur. Üçüncü səviyyə isə əsasən sovet dövrünün sonlarında və postsovet dövründə tikilmiş çoxmənzilli və hündürmərtəbəli binalarla bağlıdır. Bu binaların sığınacaqları tələblərə cavab vermir və ya ümumiyyətlə tamamlanmayıb.”
 
Göründüyü kimi, iqtisadi cəhətdən geridə qalan Ermənistanda zirzəmi və sığınacaqların yoxlanılması bu ölkənin sosial və maddi problemlərini də üzə çıxarıb. Əlbəttə, ermənilərin sığınacaq axtarışına çıxması, əslində Orumuzun sentyabrın 12-13-də həyata keçirilmiş əməliyyatdan sonra daha əlverişli mövqelərə sahib olması ilə əlaqədardır. İndi Azərbaycan Ordusunun bölmələri təxribatlara meylli olan, yaşayış massivlərini, məktəbləri, bir sözlə, mülki əhalinin olduğu yerləri hədəfə almaqdan çəkinməyən Ermənistan Ordusunun hərəkətlərinə nəzarət etməklə ölkəmizə qarşı istənilən təhlükənin qarşısını almağa imkan verən ərazilərdə cəmləşib. Lakin uşaq qatili olan ermənilər unudurlar ki, Azərbaycan əsgəri heç vaxt mülki əhaliyə qarşı silah və güc tətbiq etməyib və etməz də. Hər zaman Azərbaycana qarşı dezinformasiya kompaniyası aparan ermənilərin sığınacaq məsələsini ortaya atması, çox güman ki, hansısa hiyləgər məqsədə hesablanıb.
 
Nəriman Sultanoğlu
Missiya.Az

  • 22-09-2022, 14:38