AZ   |   RU
Aİ ölkələri qaz və elektrik enerjisinin qiymətlərini müzakirə edəcəklər

Aİ ölkələri qaz və elektrik enerjisinin qiymətlərinin aşağı salınması ilə bağlı məsələləri müzakirə edəcəklər.

Missiya.Az
haberglobal.com-a istinadən xəbər verir ki, Avropa İttifaqına üzv olan 27 ölkənin enerji nazirləri sentyabrın 9-da Brüsseldə növbədənkənar iclas keçirəcək. Avropa İttifaqına sədrlik edən Çexiyanın iclas üçün hazırladığı sənəd layihəsinə görə, təbii qaza yüksək qiymətin tətbiqi, spot elektrik enerjisi bazarlarında ticarətin dayandırılması, ümumiyyətlə sürətlə artan enerji qiymətlərinə qarşı elektrik enerjisi istehlakının azaldılması kimi variantları nəzərdən keçirəcək. Təbii qazın meqavat-saat qiyməti bu gün 26 faiz artaraq 270 avronu keçib.

Qeyd edək ki, enerji bazarında likvidliyin artırılması üçün müxtəlif variantlar qiymətləndiriləcək. Nazirlər həmçinin Aİ daxilində elektrik enerjisi istehlakının azaldılması və bununla bağlı hədəfin müəyyən edilməsi ilə bağlı fikirlərini də, bölüşəcəklər. Bununla belə, elektrik enerjisi bazarı və təbii qaz bazarı fərqli strukturlara malikdir. Təbii qaz saxlanıla bilən bir məhsul olsa da, elektrik enerjisini saxlamaq və lazım olanda istehlak etmək mümkün deyil. Bu səbəbdən elektrik istehlakının azalmasının bazarları müəyyən qədər rahatlaşdıracaq. Fyuçers müqaviləsi qiymətləri, Hollandiya mərkəzli, Avropanın ən dərin dərinliyinə sahib virtual təbii qaz ticarət nöqtəsi olan TTF-də, sentyabrın 2-də təxminən 214 avro olub.   Xatırladaq ki, bu birlik qaz istehlakını 15 faiz azaltmaqla Rusiyadan tədarükün azalmasının qarşısını almağı planlaşdırırdı.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 5-09-2022, 17:46