AZ   |   RU
Rusiya taekvondoçuları Bakıdakı dünya çempionatında iştirak edə bilərlər


Taekvondo üzrə Rusiya milli komandası bu il Bakıda keçiriləcək dünya çempionatında iştirak edə bilər.

Missiya.Az
xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Vadim İvanov "Match TV"yə açıqlama verib.

O bildirib ki, Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlardakı çıxışına qoyulan qadağanın apreldə aradan qaldırılması nəzərdə tutulub: "Hazırlıq planlarımızı beynəlxalq təqvim əsasında qurmuşuq. Bu ilin ilk əsas yarışı mayın 29-da Bakıda başlayacaq dünya çempionatıdır və biz buna hazırlaşırıq. Təəssüf ki, bunadək sınaq yarışları keçirməyə vaxtımız olmayacaq".

Qeyd edək ki, dünya çempionatı 29 may - 6 iyunda təşkil olunacaq.


  • 17-02-2023, 16:51