AZ   |   RU
“İrəvan və Bakı rus qoşunlarını Ermənistandan çıxarmaq istəyir” - Erməni deputat

“İrəvan və Bakı Rusiya hərbi bazasının Gümrüdən çıxarılması məsələsini razılaşdıra bilərdi”.


Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan özünün “Facebook” sosial media hesabında məlumat yayıb.


Onun sözlərinə görə, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bəyan edib ki, artıq regionda öz maraqlarının təbliği ilə məşğul olan xarici qüvvələrin hərbi mövcudluğuna ehtiyac yoxdur. 


Deputat əlavə edib ki, bununla da Azərbaycan daha bir ilkin şərt irəli sürür ki, bu da başqa ölkənin Ermənistan ərazisində hərbi mövcudluğundan imtina etməsidir.


Abramyan qeyd ki, Azərbaycan və Türkiyə tədricən öz regional rollarını yenidən formatlayır, Ermənistan isə müstəsna olaraq əlavə statusuna düşür.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 12:47