AZ   |   RU
Karateçilərimiz Türkiyənin Kocaeli şəhərində Karate1 Seriya A turnirini 3 medalla başa vurub

Karateçilərimiz 23-25 Sentyabr tarixlərində Türkiyənin Kocaeli şəhərində Karate1 Seriya A turnirini 3 medalla başa vurub. Mükafatların biri qızıl, ikisi isə bürüncdür. 

Missiya.Az
xəbər verir ki, milli komandanın üzvlərindən Fidan Teymurova (-50 kq, "Qara Qaplan" klubu, şəxsi məşqçisi Seymur Xudaverdiyev) yarışın qalibi olub. Bir-birinin ardınca Belçika, Misir, Türkiyə İran idmançılrına, yarımfinalda isə Əlcəzirli karateçiyə qalib gələn F.Teymurova həlledici görüşdə Xorvtiya təmsilçisini məğlub edərək parlaq qələbə qazanıb.
 
Mədinə Sadiqova (-55 kq, "Qara Qaplan" klubu, şəxsi məşqçisi Seymur Xudaverdiyev) və Nuran Rzazadə (-67 kq,  "Qara Qaplan" klubu, şəxsi məşqçisi Yaşar Bəirov) isə Dünya Karate Federasiyasının (WKF) bu mötəbər turnirinin qalibi olub. 

Osman Osmanlı (84+ kq) və Murad Hacızadə (84+ kq) təsəlliverici görüşlərdə qələbəni əldən verib. Karateçiləri kişilərdən ibarət milli komandanın baş məşqçisi Qurban Tağıyev müşayiət edib. Beynəlxalq hakimlərimizdən Şahin Xudaverdiyev, Akif Kərimov, Rənad Əliyev, Mehman Mədətov və Mayis Mədətov yarışı idarə edən həmkarları arasında olub. 

23-25 Sentyabr tarixlərində Türkiyənin Kocaeli şəhərində başlanan Karate1 Seriya A turnirinə 75 ölkədən 1078 idmançı qatılıb. WKF-in Karate1 seriysından mövsümün son turniri 18-20 Noyabr tarixlərində İndoneziyanın paytaxtı Cakartada keçiriləcək. 

Media və İctimiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Kocaeli, Türkiyə   http://az.karate.az/news/1487

  • 26-09-2022, 12:20