AZ   |   RU
Muxtar Babayev: "Futboldakı təcrübəmi alpinizmdə tətbiq edəcəyəm"

"Əvvəllər bu sahədə bir neçə federasiya fəaliyyət göstərirdi. İndi hamısı bir çətir altında işləyəcək".

Missiya.Az
xəbər verir ki, bunu Azərbaycan Alpinizm Federasiyasının yeni prezidenti Muxtar Babayev deyib.

O bildirib ki, bu idman növünün inkişafı üçün əlindən gələni edəcək: "Yeni infrastruktur yaradacağıq. Bunun üçün beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edəcəyik. Dağ turizmi ilə maraqlananlar var. Bunun üçün həmin şirkətlərlə görüş keçirəcəyik".

M.Babayevin sözlərinə görə, futbolda işlədiyi müddətdə yığdığı təcrübə ona kömək edəcək: "Nəinki "Sumqayıt" klubunun Müşahidə Şurasında çalışmağım köməyimə çatacaq. Orda olan təcrübəmi burada tətbiq etməyə çalışacağam".

O, qurumun əvvəlki rəhbərlərindən olmuş idmançı İsrafil Aşurlunun federasiyada çalışacağını söyləyib: "Aşurlu burada aparıcı qüvvələrdən olacaq. Birlikdə çalışacağıq ki, bu idman növündə yaxşı nəticələr əldə edək".

Qeyd edək ki, Azərbaycan Alpinizm Federasiyasının əvvəlki prezidenti Nizami Mursaqulov olub.

Baxış sayı: 143
  • 9-09-2022, 19:30