AZ   |   RU
Həftəsonu toylara görə cərimələnən şəxslərin sayı açıqlanıb

Oktyabrın 23-24-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 198 toy şənliyinin monitorinqini həyata keçirib.

Missiya.Az
xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, monitorinq 142 şadlıq sarayında, 56 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 65 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 059 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.


  • 25-10-2021, 11:03