AZ   |   RU
Ermənistan sosial partlayış həddində - Əhalinin səbr kasası dolub


İrəvanda xalqın qəzəbi partlayış həddindədir.

Missiya.Az
"Hraparak" erməni nəşrinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.

"Belə davam edərsə, İrəvanda xalqın qəzəbi partlayacaq. İnsanları geri dönməz şəkildə qəzəbləndirirlər. Kimisi imkansızlığından az qala ağlayır, çoxu açıq-aşkar söyür. Qaçılmaz təhlükə, qeyri-müəyyənlik və gücsüzlük hissi yekdil narazılıq yaradır." 

Əsasən Nikol Paşinyanın komandasını tənqid edən Zakaryan bildirib ki, "Nikolizmə ictimai “dəstək” artıq xalqa deməyə söz tapmır və parçalanma ərəfəsindədir. Nikolizmi müdafiə edən arqumentlər insanları daha da qəzəbləndirir, etirazları dərinləşdirir və gücləndirir. Geniş ictimaiyyət üçün onların aldatmaları artıq illüziya yaratmır." 

Dövlət orqanlarında çalışan erməni əhalisinin Nikolu dəstəkləməkdən başqa çarələrinin olmadığına diqqət çəkən Zakaryan qeyd edib ki, güc strukturlarında və dövlət aparatında olan insanlar psixi olaraq iki seçim qarşısında qaldılar: aylıq maaş və ya zəmanətli Vətən. Artıq əhalinin səbr kasası dolmaqdadır. İnsanlar axmaq deyil, hər şeyi görür və başa düşürlər.

Müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan əhalinin bütün təbəqələrinin, o cümlədən iş adamının, müəllimin, həkimin, fermerin, inşaatçının, sənətkarın və tələbənin gələcəyə ümidinin olmadığını, hamının müsbət gözləntilərinin çoxdan itdiyini qeyd edib. Hətta ermənilərin diaspor təşkilatlarına inamları itib və Ermənistanı tərk edənlər yeni çətinliklərlə üzləşirlər.

Sonda Zakaryan, Nikol Paşinyanın komandasını daxili düşmənlər adlandıraraq yüz Nikol gəlsə belə, xalqın qəzəbinin qarşısını ala bilməz deyib. 

Nəriman Sultanoğlu
Missiya.Az




  • 23-01-2023, 11:34