AZ   |   RU
ABŞ və Cənubi Koreya birgə hərbi təlimi keçiriləcək - Nüvə silahından istifadə məşq etdiriləcək
 
Cənubi Koreya və ABŞ hərbçiləri fevralda komanda-qərargah təlimləri keçirməyi planlaşdırır.

Missiya.Az
xəbər verir ki, bu barədə Koreyanın Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, təlimdə nüvə silahından istifadə ilə bağlı məşqlər keçiriləcək.

Məlumata görə, fevralın ikinci yarısında ABŞ-da komanda-qərargah təlimləri keçiriləcək. Bildirilib ki, Cənubi Koreyanın nümayəndə heyətinə müdafiə nazirinin müavini rəhbərlik edəcək.

Eyni zamanda vurğulanıb ki, müttəfiqlər bu yaz ilk dəfə olaraq 11 gün ərzində fasiləsiz “Azadlıq qalxanı” təlimləri keçirməyi planlaşdırır. Əvvəllər ABŞ və Cənubi Koreya hərbçiləri təlimlərlə bağlı qısa fasilə vermişdilər.

Bildirilib ki, Seul və Vaşinqton 2023-cü ilin birinci yarısında ümumilikdə təxminən 20 çöl təlimi keçirməyi planlaşdırır.

Zərintac Mayisqızı 
Missiya.Az 


  • 11-01-2023, 12:30