AZ   |   RU
Samirə Əfəndi Avroviziya performansı ilə bağlı paylaşım edib

Avroviziya təmsilçimiz Samirə Əfəndi həmin mahnı müsabiqəsindəki çıxışı ilə bağlı paylaşım edib.

Missiya.Az 
xəbər verir ki, o paylaşımında yazıb:

”Kleopatra" musiqisinə, hərəkətliliyinə görə enerji, dəqiqlik və güclü hekayə izahı tələb edən bir layihə idi. Bunun arxasında müstəsna peşəkarlardan ibarət komanda dayanırdı. Məni dəvət etdiyinə, səhnə əsərini hazırladığına və “Kleopatra”nın vizyonunu səhnədə canlandırdığına görə bütün "Avroviziya" komandasına ürəkdən təşəkkür edirəm. Bu mahnı ilə Avroviziyada Azərbaycanı təmsil etmək şərəfinə nail olduğum 2020-ci ildə yanımda olub mənə dəstək olan hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Mənə inanıb ölkəmi təmsil etmək şansını verdiyiniz üçün Leyla Quliyeva və İsa Məlikə minnətdaram. Özümə təşəkkür etmək istəyirəm - zəhmət, əzm, güc və inam üçün. Təslim olmadığım üçün. Bu hekayə təkcə mənim deyil. Bu hekayə bizimdir. Həmçinin Anar Ağakişiyev və komandasına güclü, təsirli obraz yaratdıqları üçün təşəkkür edirəm”.




Zərintac Mayisqızı
Missiya.Az





  • 19-05-2025, 16:59