AZ   |   RU
“KTMT Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tez bir zamanda imzalanacağını gözləyir” - Baş katib

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin ən qısa zamanda imzalanacağını gözləyir”.


Missiya.Az xəbər verir ki, bunu KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov təşkilatın Parlament Assambleyası Şurasının iclasında çıxışı zamanı deyib.


“Cənubi Qafqazda müəyyən müsbət irəliləyişlər var. Bu, Ermənistan və Azərbaycanın danışıqların başa çatması və iki ölkə arasında dövlətlərarası sənədin mətni üzrə razılaşması haqqında bəyanatıdır”, - deyə siyasətçi vurğulayıb.


Tasmaqambetov qeyd edib ki, biz sənədin mümkün qədər tez imzalanmasına ümid edirik və onun həyata keçirilməsinin Cənubi Qafqazda sülh və sabitliyə yol açacağını gözləyirik.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:42