AZ   |   RU
Fransalı siyasətçi Makronu axmaq adlandırıb

Fransa Vətənpərvərləri Partiyasının lideri Florian Filippot ölkə Prezidenti Emmanuel Makronu Avropa Siyasi Birliyinin Albaniyada keçirilən sammitində qeyri-münasib davranışına görə tənqid edib.


Missiya.Az xəbər verir ki, siyasətçi bu barədə özünün sosial media hesabında məlumat yayıb.


Xüsusilə Filippot Makronun da yer aldığı fotonu tənqid edərək bildirib ki, Fransa lideri orada yersiz sevinc nümayiş etdirən yeganə şəxs idi:


"Və təxmin et, burada özündən tam razı qalan, axmaq, razı təbəssümlə iki baş barmağını yuxarı qaldıran yeganə axmaq kimdir?", - deyə siyasətçi vurğulayıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:58