AZ   |   RU
Lavrov Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan normallaşma proseslərindən danışacaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı və çərşənbə günü Ermənistanın paytaxtı İrəvanda işgüzar səfərdə olacaq.

Missiya.Az 
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.


Lavrovun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Ermənistanın baş naziri Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyanla danışıqları nəzərdə tutulub.


Görüşlər 2024-cü il oktyabrın 8-də yüksək səviyyədə əldə edilmiş razılaşmaların, eləcə də Mirzoyanın yanvarın 21-də Moskvaya səfərinin nəticələrinin işlənib hazırlanması məqsədilə keçiriləcək.


Gündəliyə ikitərəfli əməkdaşlığın geniş spektri məsələlərinin müzakirəsi, Avrasiya inteqrasiya birliklərində əməkdaşlıq, beynəlxalq platformalarda, ilk növbədə, BMT-də mövqelərin əlaqələndirilməsi və s. daxildir.


"Rusiya və Ermənistan xarici siyasət idarələrinin rəhbərləri regional təhlükəsizlik məsələləri, o cümlədən Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan normallaşma proseslərinin perspektivləri ilə əlaqədar əsaslı fikir mübadiləsi aparacaqlar. 2025-2026-cı illər üçün nazirliklərarası məsləhətləşmələr planının imzalanması planlaşdırılır", - Rusiya XİN-in bəyanatında qeyd edilib.




Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 17:29