AZ   |   RU
“Rusiya Ukraynada məğlub olsa, Cənubi Qafqazdan çıxacaq” – erməni politoloq

“Rusiyanın bölgəmizə təsiri nə qədər az olsa, sülh müqaviləsi daha tez imzalanacaq”.

Missiya.Az
erməni KİV-bə istinadən xəbər verir ki, bu sözləri politoloq Davit Stepanyan deyib.

Stepanyan bildirib ki, bu gün Rusiya üçün birinci problem Ukraynadır.

“Bölgədə baş verən bütün proseslərdə Rusiyanın əli var. Moskvaya ermənilərlə azərbaycanlılar arasında hər zaman problemlər lazımdır. Bu gün də iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına, sərhəddə delimitasiya və demarkasiya prosesinə  mane olan Rusiyadır. Çünki onların bölgədə öz maraqları var” – deyə Stepanyan vurğulayıb.

“Rusiyanın Türkiyə ilə yaxşı münasibətləri var. Rusiya əvvəlcə Qarabağı təslim etdi, indi isə Azərbaycanın bizim ərazimizə hücum etməsinə göz yumur. İndi iş o yerə gəlib çatıb ki, artıq KTMT də bəyanatlardan başqa heçnə etmir” – deyə erməni politoloq qeyd edib.

Stepanyan daha sonra çıxışını bu sözlərlə yekunlaşdırıb: “Əgər Rusiya Ukraynada status-kvonu saxlaya bilsə, regionumuza təsirini davam etdirəcək. Lakin məğlub olduğu halda, çox güman ki,  Moskva bu bölgəni də tərk edəcək”.


Daşqın Həsənov
Missiya.Az


  • 23-09-2022, 11:10