TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyaların 9-cu iclası Şuşada keçiriləcək.Missiya.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO-dakı Milli Komissiyasından bildirilib.
“Qürur hissi ilə bildiririk ki, TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyaların 9-cu iclası 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçiriləcək”, - deyə məlumatda bildirilir.
Bildirilir ki, bu barədə qərar Bursada, TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyaların 8-ci iclasında verilib