AZ   |   RU
Yens Stoltenberq Ukraynaya silah tədarük etməyə çağırıb

 “Bu müharibə danışıqlar masası arxasında bitəcək” 
 
Missiya.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Financial Times”-a danışan Stoltenberq hərbi ittifaqı bütün qış boyu Kiyevə silah tədarükünü davam etdirməyə çağırıb və Rusiyanın yaz hücumuna hazırlaşdığı barədə xəbərdarlıq edib.

Stoltenberq “Danışıqlar üçün şərtlər hazırda mövcud deyil, çünki Rusiya Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edən danışıqlarda iştirak əlaməti göstərməyib ” deyə bildirib.
 
Tərəflərin danışıqlara başlaması üçün şərtlərə Ukraynanın qərar verəcəyini deyən  Stoltenberq "Çox güman ki, bu müharibə danışıqlar masası arxasında bitəcək” deyə qeyd edib.
 
Həmçinin NATO-nun baş katibi  Rusiyanın gələn yaz daha böyük hücuma keçməyi planlaşdırdığını iddia edib.
 
Aqil Musa
Missiya.Az

Baxış sayı: 102
  • 7-12-2022, 16:00