AZ   |   RU
Trampın daşınmaz əmlak şirkəti vergidən yayınmaqda təqsirləndirilir
 
Keçmiş ABŞ prezidenti Donald Trampın ailəsinə məxsus daşınmaz əmlak şirkəti vergi cinayətlərində ittiham olunduğu məhkəmə prosesində təqsirli bilinib.

Missiya.Az
“CNN-Türk”ə istinadən xəbvər verir ki, bu barədə BBC Türkiyə məlumat yayıb.

Nyu-York məhkəməsində münsiflər heyətinin iki günlük müşavirəsindən sonra Tramp təşkilatı mühakimə olunduğu bütün cinayətlərdə günahkar bilinib. Şirkətin adı ailə soyadını daşısa da, nə Donald Tramp, nə də onun ailə üzvləri bu işdə fərdi qaydada mühakimə olunub. İddia birbaşa şirkətə qarşı qaldırılıb. 

Donald Tramp nəticəni Ali məhkəməyə verəcəyini deyib və “Bir daha məyus oldum, bu, cadugər ovudur”,-deyə bildirib.

Şirkət 10 ildən çox müddətə qeyri-qanuni əlavə müavinətlərlə yüksək səviyyəli menecerlərini zənginləşdirməkdə günahkar bilinib. 

Leyla SƏMƏNDƏR
Missiya.Az


Baxış sayı: 116
  • 7-12-2022, 14:06