AZ   |   RU
Trampın malikanəsində ələ keçirilən məxfi sənədlərin “müstəqil baxışı” yoxdur

ABŞ-da məhkəmə keçmiş prezident Donald Trampın malikanəsində ələ keçirilən məxfi sənədlərin "müstəqil ekspertiza" tələbini rədd edib.

Missiya.Az
xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata əsasən, ABŞ-ın 11-ci Apellyasiya Məhkəməsi Trampın müstəqil araşdırma tələbini qəbul etməyib.

"Keçmiş prezidentin evində axtarış aparılması qeyri-adidir, lakin qanuna təsir edəcək və ya məhkəmə sisteminin davam edən istintaqa müdaxiləsinə imkan verəcək şəkildə deyil. Qanun aydındır. Biz qanunları yenidən yaza bilmərik", - deyə məhkəmənin bəyanatında deyilir. 

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın Floridadakı Mar-a-Laqo malikanəsində avqustun 8-i səhər saatlarında FTB agentləri tərəfindən axtarış aparılıb.
 
Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 2-12-2022, 15:54