AZ   |   RU
Ərdoğanla Putin Fələstini müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.

Missiya.Az Türkiyə prezident iqamətgahının rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, telefon danışığı zamanı dövlət başçıları Fələstindəki vəziyyəti müzakirə ediblər.

Ərdoğan telefon danışığı zamanı BMT Təhlükəsizlik Şurasının Fələstindəki böhran daha da böyümədən məsələyə müdaxilə etməsinin vacibliyini vurğulayıb.

İki ölkə lideri həmçinin Rusiyanın “Sputnik V” vaksininin Türkiyəyə tədarükünü müzakirə ediblər.


  • 12-05-2021, 14:22