AZ   |   RU
Məşhur müğənni dostunun evində ölü tapıldı
 
Məşhur reper Coolio dostunun evində vanna otağına gedib və daha sonra yerdə hərəkətsiz vəziyyətdə tapılıb. 

Missiya.Az haberglobal-a istinadən xəbər verir ki, bunu Coolio-nun uzun müddətdir meneceri olmuş Jarez Posey ABŞ mətbuatına açıqlamasında bildirib.  

Sənətçinin dəqiq niyə öldüyü açıqlanmayıb.  Lakin, Posey TMZ-yə ilk müdaxilə edənlərin ölüm səbəbinin qəfil ürək çatışmazlığı olduğuna inandığını söyləyib.

Qeyd edək ki, əsl adı Artis Leon Ivey Jr olan Coolio Gangsta's 1980-ci illərdə musiqi yaradıcılğına başlayıb. 1995-ci ildə yayımlanan Gangsta's Paradise mahnısına görə Grammy mükafatı qazanıb və hip hop tarixində yerini alıb.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 29-09-2022, 14:13