AZ   |   RU
Ceyhun Bayramov: "Azərbaycan hər zaman olduğu kimi, bu çətin günlərdə də Türkiyənin yanındadır"

"Azərbaycan hər zaman olduğu kimi, bu çətin günlərdə də Türkiyənin yanındadır".

Missiya.Az
xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "tviter" hesabında yazıb.

"Bu gün qardaş Türkiyədə böyük insan tələfatı ilə nəticələnən zəlzələ xəbəri bizi dərindən sarsıtdı. Bu dəhşətli zəlzələdə həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Azərbaycan hər zaman olduğu kimi, bu çətin günlərdə də Türkiyənin yanındadır", - deyə nazir qeyd edib.

  • 6-02-2023, 21:01