AZ   |   RU
Trampın xüsusi elçisi Qəzzaya gedib


ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Qəzza bölgəsinə gedib.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Brüs deyib.

“Dövlət katibi (Marko Rubio - red.) ilə söhbətim zamanı o qeyd etdi ki, xüsusi nümayəndə Vitkoff indi regiona, Qəzza bölgəsinə gedir”, - o bildirib.

Bundan əvvəl Fələstinin HƏMAS hərəkatının İsraillə atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşmaya razı olduğu məlum olub.




  • Dünən, 23:39