AZ   |   RU
Pezeşkian Pakistana səfər edəcək

“İran Prezidenti Məsud Pezeşkian yaxın həftələrdə Pakistana səfər edəcək”.


Missiya.Az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.


Onun sözlərinə görə, səfərin məqsədi ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, xüsusilə regional əməkdaşlıq, enerji və iqtisadiyyat sahələrində əlaqələrin genişləndirilməsi olaraq göstərilir. 


Bəqai bildirib ki, səfərin tarixi İran və Pakistanın daxili işlər nazirləri arasında keçirilən telefon danışığı zamanı razılaşdırılıb, lakin hələlik açıqlanmır. 

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:13