AZ   |   RU
Biz Azərbaycan rəhbərliyinin Ukrayna ilə bağlı mövqeyindən xəbərdarıq - Kreml

“Ukrayna ilə bağlı fikir ayrılıqları Rusiya ilə Azərbaycan arasında münasibətlərə mane olmamalıdır”.


Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Moskva ilə Bakı arasındakı problemlərdən danışarkən deyib.


O bildirib ki, bu məsələ ilə bağlı problemlər iki ölkə arasında qarşılıqlı faydalı münasibətləri pozmamalıdır.


"Biz Azərbaycan rəhbərliyinin Ukrayna ilə bağlı mövqeyindən xəbərdarıq. Burada bizim müxtəlif fikirlərimiz var. Əvvəldən Azərbaycan Prezidenti İlham Əliyev bu mövqedən çıxış edib. Əvvəldən biz bununla razılaşmadıq", - deyə siyasətçi vurğulayıb.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:00