AZ   |   RU
“Türkiyə İsrailin Suriyadakı hərəkətinə səssiz qala bilməz” - Hakan Fidan

“İsrailin hazırda məqsədi Suriyanı parçalamaqdır".


Missiya.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan salvadorlu həmkarı Aleksandra Hill ilə keçirdiyi birgə mətbuat konfransında çıxışı zamanı deyib.


O bildirib ki, qonşuluğunda sabit ölkə görmək istəməyən İsrail Suriyanı parçalamağı hədəfləyir.



“Biz İsrailin Suriyadakı hərəkətinə səssiz qala bilmərik. Suriyadakı gərginliyi azaltmaq üçün səylərimiz davam edir”, - deyə siyasətçi vurğulayıb.

 

 

Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 15:38