AZ   |   RU
İranda həddindən artıq istilərə görə tətil elan edilib

İrana təsir edən həddindən artıq isti dalğası enerji istehlakının əhəmiyyətli dərəcədə artmasına səbəb olub və hökumət və əyalət quberniyaları dövlət qurumları üçün tətil elan edib.    


Missiya.Az xəbər verir ki, problemə qarşı tədbir görmək məqsədilə Tehran da daxil olmaqla ən azı 14 əyalətdə dövlət qurumları sabah bağlanır. 


Tətil edilən əyalətlərə Gilan, Fars, Mərkəzi, Rəzəvi Xorasan, Gülüstan, Əlburz, Mazandaran, Kirman, Buşehr, Hörmüzqan, Xuzistan, Lorestan, Şimali Xorasan və Yəzd daxildir.


Ölkənin Simnan və Kirmanşah şəhərləri, habelə digər yerlərində bağlamayan qurumların isə iş saatları xeyli azaldılıb.



Zərintac Mayisqızı 
Missiya.Az 


  • Bu gün, 15:12