AZ   |   RU
“Tbilisi Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edir” - Gürcüstan XİN rəhbəri

“Gürcüstan İrəvan və Bakı arasında dialoqu diqqətlə izləyir və yaxın gələcəkdə sülh sazişinin imzalanacağına ümid edir”.


Missiya.Az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili Tbilisidə azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında deyib.


Siyasətçi Tbilisinin Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsində maraqlı olduğunu qeyd edib. 


Botçorişvili həmçinin Ermənistan, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin müavinləri Vahan Kostanyan, Elnur Məmmədov və Laşa Darsaliyanın iştirakı ilə üçtərəfli formatı xatırladıb, onun potensialını qeyd edib.


Xatırladaq ki, üçtərəfli formatda ilk görüş bu il aprel ayının 17-də baş tutub.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 15:47