AZ   |   RU
Ceyhun Bayramov Gürcüstan Prezidentini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Mixeil Kavelaşvili ilə görüşüb. 



Bu barədə Missiya.Az-a XİN-in Mətbuat xidmətindən məlumat verilib. 


Görüş zamanı Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının gündəliyində duran məsələlər, ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişaf perspektivləri və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan və Gürcüstan arasında enerji, nəqliyyat, ticarət, investisiyalar, ekologiya və humanitar sahələri əhatə edən genişmiqyaslı əməkdaşlığın dinamik inkişafı və bu əməkdaşlığın regionda sabitlik və tərəqqiyə verdiyi töhfə vurğulanıb.


Azərbaycan və Gürcüstan arasında enerji, nəqliyyat, ticarət, investisiyalar, ekologiya və humanitar sahələri əhatə edən genişmiqyaslı əməkdaşlığın dinamik inkişafı və bu əməkdaşlığın regionda sabitlik və tərəqqiyə verdiyi töhfə vurğulanıb. 


Qlobal və regional çağırışlar fonunda iki ölkənin suverenlik və ərazi bütövlüyü prinsiplərinə qarşılıqlı hörmət və dəstəyə əsaslanan münasibətləri yüksək qiymətləndirilib. Bu xüsusda, Cənubi Qafqazda sülh və əməkdaşlığın möhkəmləndirilməsi üçün səylərin vacibliyi qeyd olunub. 


Nazir Ceyhun Bayramov, həmçinin, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq prosesi, habelə Ermənistanla normallaşma prosesi barədə məlumat verib. 


Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər üzrə də fikir mübadiləsi aparılıb.



  • Dünən, 20:24