AZ   |   RU
Azərbaycanda unlu qənnadı məmulatlarının istehsalı 1 %-dən çox artıb

 

Bu ilin I yarısında Azərbaycanda 35 min 690 ton unlu qənnadı məmulatları istehsal edilib.

Missiya.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % çoxdur.

İyulun 1-nə ölkədə 478,3 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 93,8 % çoxdur.

Xatırladaq ki, 6 ayda Azərbaycanda 2 milyard 628,5 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 12 % çoxdur.




  • Dünən, 17:57