AZ   |   RU
Zelenski Aİ-nin Kiyevə vəd etdiyi yardımı verməməsindən şikayətlənib

"Avropa ölkələri Ukraynaya 150 milyard avro məbləğində yardım göstərməyə hazır olduqlarını bəyan ediblər, lakin Kiyev hələ heç bir nəticə görməyib". 


Missiya.Az  "Strana" nəşrinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.


 "Birlik ölkələri bu pulu öz öhdəlikləri ilə götürüb, sonra Ukraynaya köçürə bilər. Artıq 10 ölkə bu pulu almağa hazırdır, lakin onların götürüb bizə köçürməsinin nəticəsini görmürük", - o qeyd edib.


Qeyd edək ki, bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Rusiya Ukraynaya silah tədarükü ilə bağlı Avropadakı əhval-ruhiyyəni təhlükəli tendensiya hesab edir.



Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 10:55