Azərbaycanda turizm sahəsində daha bir start-ap yaradılıb. Səyahətçilər tur planlarını edərkən müxtəlif platformalardan fərqli səhifələrdən mövcud tur paketlərini araşdırır. Bu olduqca qarışıq və yorucu bir prosesdir.
Bəzən daha yaxşı tur paket qarşılarına çıxmır və ya planlama prosesində çətinliklər yaşanır. Bu səbəbdən travelpoint start-apı tur şirkətlərinin hazırladıqları turları bir araya vahid bir platformaya toplayaraq, səyahətçilər üçün daha rahat tur paket tapmaq imkanını yaradır.
Səyahətçilər www.travelpoint.az saytına daxil olaraq müxtəlif filtrlər vasitəsilə özlərinə ən uyğun olan tur paketi seçə bilərlər. Start-apın ən əsas xüsusiyyətlərindən biri də səyahətçilər öz istəklərinə uyğun tur paketin hazırlanması üçün saytdan sorğu yarada və bir neçə şirkətə eyni anda vahid formada müraciət göndərə bilərlər. Alınan təklifləri də rahat bir şəkildə müqayisə edə və yekunda ən uyğun olanını qəbul edə bilərlər.
www.travelpoint.az start-ap inkişafının növbəti mərhələsində şəhər bələdçisi funkasiyasının aktivləşdirilməsi və süni intellektin inteqrasiyası da nəzərdə tutulur. Bununla bağlı artıq işlərə başlanılmışdır. Süni intellektin inteqrasiyası səyahətçilərə daha effektiv səyahət planlaması etməyə imkan verəcək, eyni zamanda gəzinti proqramlarını bir neçə indidaktorlara əsaslanaraq düzəlməyə köməklik edəcəkdir.