AZ   |   RU
Fələstin dövlətinin tanınması Yaxın Şərqdə sülhə aparan yeganə yoldur


Fransa Prezidenti Emmanuel Makron hesab edir ki, Fələstin dövlətinin tanınması Yaxın Şərqdə sülhə nail olmağın yeganə yoludur. 



Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Makron Böyük Britaniya parlamentində çıxışı zamanı bildirib. 


“Biz Fələstin dövlətini tanımaq üçün birgə çalışırıq. Bu siyasi qərarın qəbulu sülhə aparan yeganə yoldur”, – Fransa lideri vurğulayıb. 


Onun sözlərinə görə, Qəzza zolağında atəşkəsin əldə olunması vacibdir. 


“Strateji məqsədi olmayan sonsuz müharibə həm region, həm də qlobal təhlükəsizlik üçün ciddi təhdid yaradır”, – Makron əlavə edib.



  • Dünən, 22:46