AZ   |   RU
ABŞ-nin Rusiyaya qarşı sanksiyaları qeyri-qanunidir - Peskov


ABŞ Moskvanın qeyri-qanuni və həm Rusiya, həm də Amerika iqtisadiyyatı üçün zərərli hesab etdiyi anti-Rusiya sanksiyalarını həyata keçirməkdə davam edir.

Missiya.Az
xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-nin dost olmayan dövlətlər siyahısından mümkün çıxarılmasını şərh edərkən deyib.


"Birləşmiş Ştatlar hazırda bir sıra məhdudiyyətlər tətbiq edir. Biz hesab edirik ki, həmin sanksiyalar qeyri-qanunidir, onlar təkcə bizim sahibkarlara deyil, ABŞ-dəkı sahibkarlara da ziyan vurur. Hazırkı vəziyyətə baxmayaraq, Kreml iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın bərpası üçün əhəmiyyətli potensialın qaldığı qənaətindədir. Biz inanırıq ki, ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin bərpası, iqtisadi sahədə bir çox layihələrin həyata keçirilməsi, qarşılıqlı investisiyalar, ticarət və s. üçün çox geniş potensial var. Sözügedən layihələr həqiqətən də iki ölkənin biznes nümayəndələri tərəfindən tələb olunur və böyük gəlirlər gətirməyə qadirdir", - Peskov əlavə edib.




Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 14:43