AZ   |   RU
“Rusiya danışıqların yeni raundunun təyin edilməsi ilə bağlı Ukraynadan cavab gözləyir” - Peskov

“Rusiya hələ də Ukraynanın ölkələr arasında birbaşa danışıqlarının yeni raundunun tarixini təyin etməsini gözləyir”.


Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.


“Biz Ukrayna tərəfdən mümkün tarixlərlə bağlı təkliflər gözləyirik”, - deyə siyasətçi vurğulayıb.


Peskov danışıqların tarixləri razılaşdırılan kimi məlumat verəcəyini bildirib.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 13:58