AZ   |   RU
Azərbaycan gimnastları beynəlxalq turnirdə uğurlu nəticələr göstəriblər


İyulun 5-7-də Portuqaliyanın Koimbra şəhərində batut gimnastikası və tamblinq üzrə beynəlxalq turnir keçirilib.


Missiya.Az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Turnirdə milli komandanın üzvləri iştirak edərək uğurlu nəticələr göstəriblər.

Batut gimnastikası üzrə fərdi proqramda:

Selcan Mahsudova - 54.720 xal, I yer
Məhəmməd Həsənli - 47.410 xal, I yer
Aylin Ağazadə - 45.270 xal, III yer

İkili-mini batut proqramı üzrə:

Fərhad Mustafayev - 22.000 xal, II yer

Tamblinq üzrə:
Sənan Rzazadə - 85.600 xal, I yer
Hüseyn Əsədullayev - 23.500 xal, II yer




  • Dünən, 21:39