AZ   |   RU
Tramp və Netanyahu Xameneyinin qətlini müzakirə edib

İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtona son səfəri və ABŞ Prezidenti Donald Trampla görüşün məqsədləri ilə bağlı spekulyasiyalar kəskin şəkildə artıb. 


Missiya.Az xəbər verir ki, bəziləri hesab edir ki, bu görüş İsrailin İrana qarşı son hücumlarının nəticələrini nəzərdən keçirmək və qarşıdurmanın davam etdirilməsi, o cümlədən İranın ali dini rəhbəri Seyid Əli Xameneinin öldürülüb-öldürülməməsi ilə bağlı qərarın qəbulu ilə bağlıdır. 


Qeyd olunub ki, İranın İsraildəki yaşayış binasına raket hücumuna cavab olaraq, İsrailin müdafiə naziri İsrael Katz açıq şəkildə bildirib ki, Xameneinin daha çox yaşamasına icazə verilməməlidir.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:55