AZ   |   RU
Peskovdan Bakı ilə bağlı mühüm açıqlama: Rusiya ilə Azərbaycan tərəfdaş və müttəfiq olaraq qalmalıdır


Rusiya diplomatları Azərbaycan tərəfi ilə daim əlaqə saxlayır və saxlanılan rusların maraqlarını müdafiə edirlər.


Missiya.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.


O, jurnalistlərin Rusiya ilə Azərbaycan arasında dialoqun səviyyəsi ilə bağlı suallarını cavablandırarkən deyib:


Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və Rusiya Federasiyasının baş prokuroru İqor Krasnov Azərbaycanın baş prokuroru Kamran Əliyevlə əlaqə saxlayırlar. İkitərəfli münasibətlərimizin ümumi ruhuna uyğun gəlmək üçün yaranan problemlər şübhəsiz ki, konstruktiv şəkildə həll edilməlidir". 


Peskov əlavə edib ki, Moskva və Bakı tərəfdaş və müttəfiq olaraq qalmalıdır:


"Biz tərəfdar olaraq qalırıq. Hesab edirik ki, məntiq yalnız bir şeyi deyir ki, Rusiya və Azərbaycan ən yaxın tərəfdaşlar, müttəfiqlər və ümumi tarix, ortaq bu gün və ümumi gələcəklə birləşən ölkələrdir və belə də qalmalıdır".



Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 14:20